Oxunma sayı: 88

Sual #189 : Şeyx Muhəmməd ibn Hədinin – AbdulMəlik Ramadani, Hələbi və Məribidən çəkindirməsi


Tarix: 2017-12-24

Cavab #189 : Şeyx Muhəmməd ibn Hədinin – AbdulMəlik Ramadani, Hələbi və Məribidən çəkindirməsi


Şeyx Muhəmməd ibn Hədi:

İndi bu günlərdə, bu günlərdə, bu günlərdə, üç dəfə təkrar edirəm, həddi aşmaq (ğüluv) kəlməsi elə bir kəlməyə çevrilib ki, sələfi mənhəcinə hücum etmək istəyən hər bir kəs bu kəlməni işlədir, heç də doğru-düzgün mənada da işlətmirlər.

Əli Həsən Hələbi və onunla olanlar, Əbul-Həsən Məribi və onunla olanlar, Abdulməlik Ramadani və onunla olanlar, bütün bunlar ğüluv kəlməsini işlədirlər, amma Rəsulullahın (Allahın ona salamı və salavatı olsun) qəsd etdiyi “ğüluv” mənasını qəsd etmirlər.

Həqiqətdə bunlar, bu kəlmə ilə Əhli Sünnə vəl-cəməanı qəsd edirlər, sələfiləri qəsd edirlər, o kəsləri qəsd edirlər ki, onlar bidətə qarşı müharibə aparır, bidət əhlini inkar edir, bidət edənə qarşı və ya bidətə dəvət edənə və ya onu yaxşı göstərənə və ya bidət sahiblərini müdafiə edənlərə və yaxud da onlara üzrlər gətirənə qarşı inkarlar edirlər, onlar bu kəlməni bu kəslərə qarşı işlədirlər.

Özləri isə bidətçilərə, Əhli Sünnədən ayrılmış bidətçilərə, ixvanul-musliminə, sururilərə və ya onlar kimi olanlara üzrlər gətirirlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir