Oxunma sayı: 103

Sual #185 : Şeyx Muhəmməd ibn Hədi – Hakim müsəlmandırsa, şəri hakimdir!


Sual:

Şeyximiz, bilirsiniz ki, çox böyük bir qürbətli, qərib bir zamanda, halda yaşayırıq və bu qürbət də alim olmayan ölkələrdə daha da şiddətli olur.

Elə bir ölkədə ki, hakim müsəlmandır, amma şəriətlə hökm vermir, biz isə ona beyət etməyi, qulaq asıb, itaət etməyi görürük.

Lakin Sünnəyə nisbət olunan bəzi kəslər vardır ki, bizə ” beyət camaatı” deyə ad qoşurlar.

Tarix: 2017-12-24

Cavab #185 : Şeyx Muhəmməd ibn Hədi – Hakim müsəlmandırsa, şəri hakimdir!


Şeyx Muhəmməd ibn Hədi:

Əgər bu hakim kafir deyilsə, dinlə bilinən xeyirli işlərdə ona qulaq asıb, itaət etmək vacib olur.

Əgər sizə “beyət camaatı” deyə ad qoşsalar da belə, bu sizə heç bir zərər verməz. Siz, (sünnəyə) tabe olanlarsınız, bidət edənlər deyilsiniz.

Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) demişdir ki, “Kim beyət etmədən ölərsə, cahiliyyə ölümü ilə ölmüş olar”.

Elə isə qoy siz beyət üzərində olun, onlar da beyətdən çıxsın və öldükdə də cahiliyyə ölümünə bənzəyən ölümlə ölsün, bu da ona bəs edər.

Ey qardaşım, bu şey sənə heç bir zərər verməz. Yox əgər söz-söhbətdən salamat qalmaq istəyirsənsə, bu mümkün deyildir.

Heç bir kəs pis şeydən qaça bilməz. Hətta dağın başında təkliyə çəkilsə də belə. Barəndə kimlərsə danışmalıdır. Bu isə sənə, ey qardaşım, heç bir zərər verə bilməz.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir