Oxunma sayı: 110

Sual #184 : Şeyx Rabi əl-Mədxali – Təkfirçi Məğravi haqqında


Tarix: 2017-12-24

Cavab #184 : Şeyx Rabi əl-Mədxali – Təkfirçi Məğravi haqqında


Şeyx Rabi ibn Hədi əl-Mədxali:
Bəli.

Zəng edən:
Əssələmu aleykum va rahmətullahi və bərakətuh

Şeyx Rabi ibn Hədi əl-Mədxali:
Va aleykum əssələm va rahmətullahi və bərakətuh

Zəng edən:
Şeyx Rabi, Allah sənə ömür versin.

Şeyx Rabi ibn Hədi əl-Mədxali:
Xoş gördük.

Zəng edən:
Sizinlə Məğribdən danışırıq.

Şeyx Rabi ibn Hədi əl-Mədxali:
Aha.

Zəng edən:
Bəzi cavanlar Məğravinin axırıncı kitabını oxuyub, çaşıblar. Sizdən istəyirik ki, bizə başa salardınız. Allah sizə bərəkət versin.

Şeyx Rabi ibn Hədi əl-Mədxali:
Əbu Abdul Azizin yazdığını oxuyun. İnternetdə mövcuddur, onu oxuyun.

Zəng edən:
Tantandan olan Əbu Abdul Aziz?

Şeyx Rabi ibn Hədi əl-Mədxali:
Bəli. Onun məqalələri çox yaxşıdır. Məğravinin azğınlığını, yalanlarını və günahkarlıqlarını açıq-aydın bəyan edir.

Zəng edən:
Məğribdəki qardaşlara nə nəsihət edərdiniz? Allah sizə bərəkət versin.

Şeyx Rabi ibn Hədi əl-Mədxali:
Kitaba və Sünnəyə tabe olmağı və batil əhlinə təəssübkeşlik etməkdən uzaq durmağı nəsihət edirəm!!!

Məğravi batil əhlindəndir! Fitnələrə və şübhələrə dəvət edənlərdəndir.

Zəng edən:
Bəzi cavanlar vardır ki, haqqı bilmiş qardaşları şübhəyə salmaq istəyirlər.

Şeyx Rabi ibn Hədi əl-Mədxali:

Məğravi Əhli Sünnənin üsullarını, əsaslarını dağıdır, səhlənkarcasına pozur (təmyi edir), zay edir, cavanları bidətlərə yaxınlaşdırır, sələfi alimlərə qarşı müharibə edir.

O, Adnən Arurdan da pisdir. Ondan çəkinsinlər. Kitaba, Sünnəyə və Sələf Mənhəcinə sarılsınlar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir