Oxunma sayı: 110

Sual #170 : Şeyx Muhəmməd ibn Hədi – Şeyx Abbad ən xeyirli alimlərdəndir


Tarix: 2017-12-24

Cavab #170 : Şeyx Muhəmməd ibn Hədi – Şeyx Abbad ən xeyirli alimlərdəndir


Şeyx Muhəmməd ibn-Hədi əl-Mədxəli:

Bəzi cavanlar şeyx AbdulMuhsin əl-Abbad kimi bəzi şeyxlərin dərslərində oturmaqdan çəkindirirlər və deyirlər ki, onlar hizbiləri tanımırlar.

Görəsən bundan o tərəfə hansısa bir axmaqlıq qalırmı? Allah kömək olsun
Şeyx AbdulMuhsin əl-Abbad ən xeyirli alimlərdəndir, tanınan, bilinən birisidir. Mənim kimilərinin onun barəsində danışmağına onun ehtiyacı yoxdur. Lakin müdafiə baxımından danışmaq olar.

Əgər şeyx ictihad edər və ya bəzi hizbilər barədə bəzi şeyləri bilməzsə, bu ona zərər verməz. Əgər sən o hizbilərin işlərini ona ərz etsən və ya açıqlasan, şeyx sənə həmin şeydə şəri hökmü verəcəkdir.

Amma sən bəzi hizbiləri tanısan, bilsən, lakin məsələdə şəri hökmü bilməsən, o bilməyin nə faydası var ki? Bu bilməyin nə qiyməti olur ki?

Şeyx böyük alimdir. Belə sözlər demək və belə şeylərə çağırmaq bu söz sahibinin doğru yoldan sapdığına dəlalət edir. Bundan Allaha sığınırıq.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir