Oxunma sayı: 117

Sual #168 : Şeyx Fovzan – Alimləri alçaltmaqla nə qazandın?


Tarix: 2017-12-24

Cavab #168 : Şeyx Fovzan – Alimləri alçaltmaqla nə qazandın?


Şeyx Saleh əl-Fovzan:

Bax bu üçüncü düşməndir.
Özünü dinin qayğısına qalan, onun qeyrətini çəkən kimi göstərir. Onlar alimlər haqqında təhqiramiz sözlər danışırlar, dini yaşadan alimləri alçaldaraq onları vacibləri yerinə yetirməməkdə ittiham edirlər.

Bununla özünə nə etdin?
Alimlərə iftira atmaqdan başqa nə qazandın? Bu ki, kafirləri sevindirir. Allaha and olsun ki, bu kafirləri sevindirir.

Əgər alimlərin hörməti və nüfuzu cəmiyyət arasında kiçilərsə, bundan sonra onlara qulaq asan olmayacaq. Elə məhz bu da, kafirləri sevindirir. Bax bu cür kimsələr üçüncü düşməndir.

Onlardan uzaq durun. Əgər bacarırsınızsa belələrinə dilini qoruması üçün nəsihət edin ki, alimlərə iftira atıb, (tən edib) onların cəmiyyətdə hörmətini aşağı salaraq düşmənlərə yardım etməsinlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir