Oxunma sayı: 120

Sual #154 : Şeyx Fovzan – Bidət əhlindən elm alma! Onlardan uzaq dur!


Sual:

Bu günümüzdə gecənin zülmətini yaran fitnələr geniş yayılmışdır. Allah bizi və sizi fitnədən qorusun. Cəhənnəm qapılarında durub zəlalətə və bidətə dəvət edən sufi, rafizi və digər 72 firqədən olan bidətçilər var. Əgər fiqhdə elmlidirsə, lakin əqidədə azıbsa, belə bidətçidən fiqh elmi almaq olarmı?

Tarix: 2017-12-24

Cavab #154 : Şeyx Fovzan – Bidət əhlindən elm alma! Onlardan uzaq dur!


Şeyx Saleh əl-Fovzan:

Belə kimsədən elm almaq icazəli deyil. Onlar (bidətçilər) tələbələri azdırır və şərrə düşmələrinə səbəb olurlar. Bəllidir ki, tələbə öz müəlliminə oxşamağa çalışaraq onu təqlid edir.

Heç kim bidətçidən elm almasın, əksinə ondan uzaq dursun. Elm elmə sarılmış və hidayət əhli olan alimlərdən götürülür.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir