Oxunma sayı: 131

Sual #146 : Şeyx Rabi – Şeyx Muhəmməd ibn Hədi və Şeyx Buxari haqda pis danışanlar sələfin düşmənləridir


Tarix: 2017-12-17

Cavab #146 : Şeyx Rabi – Şeyx Muhəmməd ibn Hədi və Şeyx Buxari haqda pis danışanlar sələfin düşmənləridir


Şeyx Rabi əl-Mədxali:

Bəzi kəslər şeyx Muhəmməd ibn Hədi və şeyx Abdullah əl-Buxari barədə pis danışırlar.

Lakin bu kimi şeylər təkcə şeyx Muhəmməd ibn Hədi və şeyx Abdullah əl-Buxariyə aid deyildir.

İnsanlar Peyğəmbərlər barədə də pis danışmışlar, onlara sehirbaz, kahin, yalançı və başqa-başqa adlar qoymuşlar. Allah sizə bərəkət versin.

Həmçinin İslam və Sünnə imamlarına qarşı da bu cür çirkin adlar atmaqla hərblər etmişlər. Bu Allahın sünnəsidir. Bu Allahın öz qullarına qoyduğu sünnəsidir ki, kim haqq yolu tutub gedirsə, kim siratul-mustəqim üzərindədirsə, ona qarşı düşmənçiliklərin olunması labüddür. Şeytan o kəsləri yoldan çıxarıb, buna sövq edir və onları haqqa və haqq əhlinə qarşı müharibəyə çağırır. Lakin bu kəslər belə əziyyətlərə səbr etdikcə dərəcələri yüksəlir.

Rəsullara da əziyyət verərək demişdirlər ki, {siz də bizim kimi adi bir insansınız}, {Peyğəmbərləri onlara cavab verərək demişdilər: “(Bəli) biz də sizin kimi adi bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə nemət bəxş edir, lütfkarlıq edir.}, {Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik}. (İbrahim 10, 11, 12)

Elə isə bu kəslər də Muhəmməd ibn Hədi, Abdullah əl-Buxari, Rabi və başqaları barədə də pis danışırlar.

İnsanlar bunlar barədə batil sözlərlə, zülmlə və iftiralarla danışırlar. Allah sizə bərəkət versin.

Nə Əhməd ibn Hənbəl, nə ibn Teymiyyə, nə Muhəmməd ibn Abdulvahhab, nə də ki başqa-başqa İslam imamları bu cür insanlardan və bu cür sözlərdən yaxa qurtara bilməmişdirlər. Məgər bu şeyləri bilmirsiniz? Elə isə nə üçün soruşursunuz? Allah sizə bərəkət versin.

Bu şeyxlər barədə pis danışanlara Allahdan qorxmağı nəsihət edirik.

Muhəmməd ibn Hədi və Abdullah əl-Buxariyə tənə edənlər sonra da sələfilik iddia edirlər. Rabiyə tənə edirlər, sonra da sələfilik iddia edirlər. Lakin Allaha and olsun ki, onlar Sələfiliyə, Sələfi üsullarına, Sələfi mənhəcinə qarşı müharibə edənlərdir. 

Allahın qullarını doğru yoldan azdırmaq üçün Sələfilik pərdəsi altında gizlənirlər. 

Allahdan istəyirik ki, onlara hidayət versin, onların hiylələrini özlərinə qaytarsın, haqqı və haqq əhlini onların hiylələrindən qorusun.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir