Oxunma sayı: 122

Sual #134 : Şeyx Albani – Suriyada tələbələrim var idi, amma İordaniyada yoxdur!


Şeyx Albani:

Qardaşım, bu məsələ vaxtın dəyişməsi ilə dəyişir. Bu gün sən bilirsən ki, öyrənmək yazışma yolu ilə də olur, yəni, tələbə gedib şeyxin qarşısında oturmur.

Buna görə də bunlar hamısı istilahi şeylər olub, bunun arxasında elə də böyük əhəmiyyət daşıyan şeylər tərtib olunmur.

Fərz etsək ki, kimsə istər qədim, istərsə də indiki zamandan olan kiminsə kitablarını oxuyub başa düşür, ola bilsin ki, bu kəsi o şeyxin tələbəsi adlandırmaq mümkün olsun.

Hətta lap o şeyxi görməsə, onunla eyni vaxtda yaşamasa,və ya yaşayıb, lakin onunla görüşməyib, qısası onun elmi ilə elmlənib, fiqhi ilə fiqhlənibsə, belə birisinə filankəsin tələbəsi demək mümkündür.

Tarix: 2017-12-17

Cavab #134 : Şeyx Albani – Suriyada tələbələrim var idi, amma İordaniyada yoxdur!


Sual verən:
O kəsin özünə “mən filan şeyxin tələbəsiyəm” deməsi icazəlidirmi

Şeyx Albani:
Əgər onun bu sözündən belə başa düşsələr ki, o kəs şeyxin birbaşa (şəxsən) tələbəsidir, onda bu saxtakarlıq sayılır. Əgər belə başa düşməsələr, heç nə olmaz. Başa saldığım kimi.

Sual verən:
Sualımı uzatdığıma görə üzr istəyirəm, rica edirəm deyərdiniz, tələbələriniz varmı?

Şeyx Albani:
Bu yolla olan tələbə var.

Sual verən:
Birbaşa (şəxsən) sizdən elm alan tələbə varmı?

Şeyx Albani:
Yox məndə belə tələbə yoxdur.

Sual verən:
Heç olmayıb?

Şeyx Albani:
Suriyada var idi, amma burada (İordaniyada) heç yoxdur!

Sual verən:
Allah sizi xeyirlə mükafatlandırsın.

Şeyx Albani:
Səni də.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir