Oxunma sayı: 116

Sual #133 : Şeyx Ubeyd əl-Cəbiri – Hələbi şeyx Albaninin tələbəsi olmayıb.


Sual:

Şeyx, biz şeyx Albaninin kitablarını oxuduqda, başa düşmədiyimiz məqamları şeyx Əli Həsən əl-Hələbidən soruşa bilərik? Çünki o, şeyx Albaninin tələbəsi olub.

Tarix: 2017-12-17

Cavab #133 : Şeyx Ubeyd əl-Cəbiri – Hələbi şeyx Albaninin tələbəsi olmayıb.


Şeyx Ubeyd əl-Cabiri:

Xeyr, xeyr!
Ondan istifadə etmək olmaz. Həm də o, Albaninin tələbəsi olmayıb. Şeyx Suriyada yaşadığı dönəmdə, onun tələbələri var idi.

Lakin (ömrünün son illərində) İordaniyaya köçdükdə dərs keçmədiyindən dolayı, onun (İordaniyada) tələbələri olmayıb. Lakin hərdən bəzi qardaşlar şeyxlə görüşüb otururdular.

Sual verən:
Aydındır şeyx, lakin biz eşitmişik ki, Hələbi şeyx Albaninin 25 il ayrılmaz tələbəsi olub.

Şeyx Ubeyd əl-Cabiri:

Xeyr, bu doğru deyildir. Yalan deyir, o şeyxin ayrılmaz tələbəsi olmayıb. O sadəcə digərləri kimi arabir şeyxin yanına gəlib-gedirdi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir