Oxunma sayı: 113

Sual #132 : Şeyx Albani – Rəddiyyədən öncə nəsihət şərtdirmi?


Sual:

Bəziləri rəddiyyəni çap etməmişdən öncə bir nüsxəsini rədd etdiyin kəsə göndərməyi şərt görürlər ki, o da görsün və deyirlər ki, Sələf mənhəci budur.

Tarix: 2017-12-17

Cavab #132 : Şeyx Albani – Rəddiyyədən öncə nəsihət şərtdirmi?


Şeyx Albani:

Bu şərt deyil!
Lakin əgər buna imkan varsa və bu üslub səbəbi ilə həmin (müxalif olan) rədd verilən əməli heç kimə tanıtdırmamaqla yaxınlaşma umulursa, onda şəkk yoxdur ki, bu yaxşı işdir.

Amma birinci növbədə bu əməli şərt qoymaq, sonra isə ikinci olaraq bunu ümumi (hər şeyə aid) bir şərt etməyimiz, mütləq olaraq bunda hikmətdən heç bir şey yoxdur!

İnsanlar mədən kimidir.
Orada qızıl da var, gümüş də…

Əgər öz görüşündə bilsən ki, kimsə mənhəcdə bizimlə eyni xətt üzrədir və nəsihəti də qəbul edir, onda ən azından xətasını ortaya çıxarmadan ona yazmağın yaxşı bir şey olar.

Lakin bu şərt deyildir!
Əgər birdən buna şərt desək də belə, bu, güc çatmayan bir işdir. Onun ünvanını hardan tapıb onunla yazışacaqsan?! Bütün bu şeylərin hamısı zənni (dəqiq bilinməyən) şeylərdir.

Bu şərti həyata keçirmək çox çətindir, buna görə də, bu şərt olaraq götürülmür.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir