Oxunma sayı: 112

Sual #130 : Şeyx Rabi – Əli Həsən əl-Hələbi zəlalət, batil və fitnə üzərindədir


Tarix: 2017-12-17

Cavab #130 : Şeyx Rabi – Əli Həsən əl-Hələbi zəlalət, batil və fitnə üzərindədir


Şeyx Rabi ibn Hədi əl-Mədxəli:

Mən deyirəm ki, sələfilərə icazəli deyildir ki, Əli Həsən və digər fitnə və problemlər əhlinə qulaq assınlar. Gedin çatdırın bu sözümü.

Mən deyirəm:

Həqiqətən Əli Həsən əl-Hələbi Allahdan başqa heç kəsin bilmədiyi böyük zəlalətlər, batillər və fitnələr üzərindədir. Bu səs yazımı yazın və İraqda yayımlayın. Allah sizə bərəkət versin.

Və onun ən böyük zəlaləti “Ammən risaləsini” dəstəkləməsi və o risalə barəsində həddi aşmasıdır.

Qeyd:
“Ammən risaləsi” dinlər birliyinə, dinlər qardaşlığına çağıran bir konfransdan sonra yazılmış və konfransın məzmununu özündə əhatə edən zalım bir kitabdır.

Hələbi də, bu kitabı öz kitab, kaset və cümə xütbələrində dəstəkləmişdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir