Oxunma sayı: 127

Sual #128 : Şeyx İbn Bəz – Özünü partlatmaq


Sual:

Yəhudilərdən bir dəstəni öldürməkdən ötrü özünü partlatmağın hökmü nədir?

Tarix: 2017-12-17

Cavab #128 : Şeyx İbn Bəz – Özünü partlatmaq


Şeyx İbn Bəz:

Mən dəfələrlə bu haqda görüşümü söyləmişəm, bu əməl batildir. Çünki bunu edən adam – öz canına qəsd edir (intihar edir).

Allahu təalə buyurur:
“Özünüzü öldürməyin!” (Nisa, 29)

Hədisdə deyilir:
“Kim öz canına nə ilə qəsd edibsə, onunla da Qiyamət günü ona əzab ediləcəkdir.”

Onlara nəsihət etmək lazımdır. Əgər həqiqi cihaddırsa, o zaman müsəlmanlar ilə birgə döyüşsün, əgər öldürülərsə, əlhəmdulilləh. O ki qaldı, üzərinə partlayıcı qurğu bağlayıb, həm özünü, həm də yəhudiləri partlatmaq. Bu əməl batildir.

Həmçinin yəhudilərə xətər yetirmək üçün özünü yaralamaq, özünə xətər yetirmək də icazəli deyildir.

Əsl cihad olarsa, müsəlmanlar ilə birgə cihad etsin.

Fələstinlilərin etdikləri partlayışlara gəldikdə isə, bu düzgün deyil. Əksinə onlara vacib olan bu cür əməllərdən uzaq bir şəkildə dini öyrənmək, yaymaq və Allahın dininə dəvət etməkdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir