Oxunma sayı: 134

Sual #127 : Şeyx Albani – Özünü partlatmaq – 2


Sual:

Partlayıcı maddələrlə dolu olan maşına minib (özünü partlatmaq üçün) düşmənin arasına girmək icazəlidirmi? Günümüzdə bu intihar əməliyyatı adlanır. (İcazəli deyilsə,) dəlil nədir?

Tarix: 2017-12-17

Cavab #127 : Şeyx Albani – Özünü partlatmaq – 2


Şeyx Albani:

Dəfələrlə və təkrar olaraq demişik ki, zamanımızda (edilən bu əməllər) icazəli deyil.

Çünki bu ya bir fərdin mənfəəti zərərdən və ya zərərin mənfəətdən üstün tuta bilməməsi ilə bir şəxs tərəfindən edilən əməliyyatdır.

Yox əgər bu fərdi şəkildə aparılan əməliyyat deyilsə, o zaman bu bir təşkilat və ya camaat, ya da ki, bir dəstə tərəfindən hazırlanıb. Bu cür təşkilat, camaat və ya dəstə İslamı şəri dəstə deyil.

Belə olduqda bu intihar hesab olunur.

O ki qaldı dəlilə, dəlil açıq aydındır. Bu haqda dəlillər Buxari, Muslim və başqa hədis kitablarında mövcuddur.

“Kim özünü bir alətlə öldürərsə, Cəhənnəmdə onunla əzab olunar” kimi hədislər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir