Oxunma sayı: 136

Sual #125 : Şeyx Süleyman Ruheyli – Bu fitnələrin səbəbkarı Şeyx Rabidir?


Sual:

Bəziləri şeyx Rabi barədə pis danışır, deyirlər ki, bu fitnələrin səbəbkarı odur.

Tarix: 2017-12-17

Cavab #125 : Şeyx Süleyman Ruheyli – Bu fitnələrin səbəbkarı Şeyx Rabidir?


Şeyx Süleyman Ruheyli:

Bunlar miskindirlər, bunlar miskindirlər. Bu kəslərin çoxunun sözü, həqiqətən onları aldadan yalançılara etdikləri təqlidlə deyilən sözlərdir.

Məsələn, universitetin bəzi tələbələri hərdən şeyx Rabi, şeyx Muhəmməd ibn Hədi barəsində pis danışırlar. Lakin bunlar nə şeyx Rabini, nə də ki, şeyx Muhəmməd ibn Hədini tanımırlar.

Hətta ola bilsin ki, heç bu şeyxlərə qulaq da asmayıblar. Lakin onları aldadan artıq aldadıb, ya özlərindən qabaqki tələbələr, ya da ki, pis alimlər onlara deyiblər ki, bunlar fitnə alimləridir, bunlar belədir, belədir və s.

Bu miskin də başlayır bu sözləri təkrarlamağa, heç özü də bilmir ki, danışdığı bu sözlər barədə soruşulacaqdır və başqaları barədə danışdığı bu sözündə isə heç bir dəlil də yoxdur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir