Oxunma sayı: 130

Sual #118 : Şeyx Rabi əl-Mədxali – Adnan Arur haqda


Sual:

Adnan Arur haqda rəyiniz nədir?

Tarix: 2017-12-17

Cavab #118 : Şeyx Rabi əl-Mədxali – Adnan Arur haqda


Şeyx Rabi əl-Mədxəli:

Adnan Arur – BƏLALARIN BƏLASI, FİTNƏLƏRİN FİTNƏSİDİR. Sələfi mənhəcinə və əhlinə ondan daha zərərli birisini görmədim.

Sələfiləri parçalamaqda, onları bölməkdə, aralarına fitnələr, düşmənçiliklər, nifrətlər salan onun kimi başqa birini tanımıram.

Qorxuram ki, o, çirkin hədəfləri həyata keçirmək üçün Allahın düşmənlərinin etibar etdikləri kəslərdən biri olsun. Çünki yəhudi və xristianlar bilirlər ki, haqq olan din sələflərin dinidir. Buna görə də bunu parçalamağa, dağıtmağa çalışırlar.

Sonra da görürsən ki, bu kəs yalandan özünü ağlayan kimi aparır ki, guya fitnələrdən çəkindirir, fitnələrdən qorxur. Bütün bunlar isə yalan içində başqa bir yalandır. Allaha and olsun ki, bu insan kimi bir dəccal (yalançı) görməmişəm.

Yəqin ki, oxumusunuz, ibn Sayyəd və ya ibn Said Əbu Səid əl-Xudriyə dedi:

Allaha and olsun ki, Ey Əbu Səid, istədim ki, insanların mənim barəmdə dediklərinə görə boğazıma kəndir salım, özümü boğum.

Ey Əbu Səid, sizlər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisini insanların hamısından daha yaxşı bilirsiniz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Dəccal barədə demişdir ki, o, kafirdir, mən isə müsəlmanam. Həmçinin demişdir ki, onun övladı olmayacaq, bax, mənim övladım var, demişdir ki, Mədinə və Məkkə ona halal olmayacaq, bax indi mən Mədinədəyəm, Məkkəyə də gedirəm.

Əbu Səid dedi:
Az qaldım ki, onu təsdiqləyim və deyim ki, ona qarşı yalandır. Sonra gördüm dedi ki, “mən Dəccalı tanıyıram və bilirəm ki, o haradadır.” Onda ona dedim ki, “Məhv olasan səni.”

Bu onun sözüdür, o da doğrudur. Onun sözü həqiqətdə müasir dəccal Arurdan daha doğrudur. Adnən başdan ayağa yalan, sağa sola fırlatmaq, hiylə və fitnədir. Bu dəccaldan çəkinin, ondan tamamiylə uzaq olun.

Kitablar və kasetlər vardır, sonra inşəAllah sizlərə çatacaqdır, biləsiniz ki, o, bu əsrin dəccalıdır.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “Dəccaldan başqaları vardır ki, sizin üçün Dəccaldan daha çox onlardan qorxuram”.

Bu kəs ümmət üçün qorxulan birisidir. Onun şərlərini, fitnələrini Avropada yanan, şölələnən gördük.

Heç bir şəkk etmirəm ki, o, bidət və hava əhli tərəfindən yardım olunur, heç də uzaq görmürəm ki, o, bütün bu, fitnələri, bu dağıdıcı işləri, bu narahatçılıqları, bu danışdığı çərənçilikləri etmək üçün başqaları tərəfindən yardım olunur.

İt öz sahibinə bağlı olduğu kimi, bu şeylər də həva əhlinə bağlı şeylərdir. O, Yer üzünün məşriqində də, məğribində də mallar, pullar toparlayır, Adnan özü də bunu etiraf etdi ki, o, fəqirdir.

Yaxşı, bu fəqirə bu qədər mallar haradandır. Etmədikləri oyunlar qalmayıb ki, bu pullar toparlasın. Nə üçün?

Sələfləri parçalamaq, onları bir-birinə vurmaq, onların bəlalarını öz içlərində etmək üçün.

Allah Təbərakə və Təaləyə dua edin ki, İslamı və müsəlmanları bu və bunun kimilərdən rahat etsin, qurtarsın.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir