Oxunma sayı: 142

Sual #112 : Şeyx Süleyman Ruheyli – Rəhbərləri şəri və qeyri şəri qismlərinə ayıran kəs hizbiçidirmi?


Sual:

Bəzi gənclər bütün məsələlərdə dünyəvi qanunlarla ölkəni idarə edən müsəlman rəhbərlə, nikah, miras və sairə məsələlərdə şəriətlə, digər məsələlərdə isə dünyəvi qanunlarla ölkəni idarə edən rəhbər arasında fərq qoyaraq deyirlər ki, birinci qism rəhbər müsəlman sayılırsa da, o şəri rəhbər deyil və kafir rəhbərə məsləhət baxımından itaət etdiyimiz kimi, ona da yalnız məsləhət baxımından itaət edirik.

O cümlədən rəiyyətinin üzərində şəriət beyəti də yoxdur.
İkinci qism rəhbər isə şəri və müsəlman rəhbərdir, rəiyyətinin üzərində də şəri beyəti vardır.

Tarix: 2017-12-17

Cavab #112 : Şeyx Süleyman Ruheyli – Rəhbərləri şəri və qeyri şəri qismlərinə ayıran kəs hizbiçidirmi?


Şeyx Süleyman Ruheyli:

Heç şübhəsiz ki, bu səhv düşüncədir. Allahın nazil etmədiyi ilə idarəçilik etmək olduqca təhlükəli məsələdir. İstər bəzi işlərdə, istərsə bütün məsələlərdə şəriətlə hökm etməməsi yolverilməzdir. Bizə vacib olan rəhbərə şəriətlə idarə etməsi barədə tövsiyə etməkdir.

Lakin daha doğru fikir budur ki, bu mütləq mənada küfr hesab edilmir və alimlərimizin bu məsələdə məlum təfsilatı vardır. Bu baxımdan rəhbərləri deyilən iki qismə – şəri və qeyri şəri – yə ayırmaq batil fikirdir. Bu təfsilat üçün şəriətdə heç bir əsas yoxdur.

Şəriət dəlilləri iki qismi əhatə edir:
Müsəlman rəhbər və ya kafir rəhbər.

Müsəlman rəhbər o kimsədir ki, onun müsəlman olması məlumdur və o təkfir edilmir. Eşitmək, itaət və beyət etmək hökmləri ona aiddir.

Kafir rəhbərə gəldikdə, əgər müsəlmanların ona qarşı çıxmaq və onu dəyişmək üçün qüvvəsi varsa, bunu fəsadsız etmək olarsa, etməkləri vacibdir. Əks halda onların səbr etməkləri vacibdir.

Sual:

Müsəlman rəhbərə qeyri şəri rəhbər vəsfi verən şəxs hizbiçiliyə daxildirmi?

Şeyx Süleyman Ruheyli:

Onun halına baxmaq lazımdır. Əgər onun əsasları hizbiçilikdirsə, heç şübhəsiz ki, o da hizbiliyə və bidətçiliyə daxildir. Onun xəvariclikdən də payı vardır.

Əgər onun əsasları sələfilikdirsə və yalnız bu məsələdə belə fikir söyləyirsə bizə görə o yozumlu düşünərək səhv edəndir. Biz ona məsələni öyrədirik, ona hüccət çatdırırıq ki, bu fikir əhli sünnə və camaatın mənhəcinə ziddir.

Həmçinin böyük alimlərin sözlərini də onun diqqətinə çatdırırıq. Əgər o deyilənləri qəbul etsə nə gözəl, əlhəmdulilləh. Əks halda əhli sünnənin əsas qaydalarından birinə müxalif olmuş hesab edilər və bununla, Əhli-Sünnədən xaric olar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir