Oxunma sayı: 278

Sual #109 : Şeyx Fovzan – Bidət əhli haqda susmaq və onları tərifləmək müsəlmanları aldatmaqdır.


Sual:

Bidət əhlinə rədd etməmək, onların batilliklərini gizlətmək və onları müdafiə etmək müsəlmanları aldatmaq (onlara ğişş etmək) sayılırmı?

Tarix: 2017-12-04

Cavab #109 : Şeyx Fovzan – Bidət əhli haqda susmaq və onları tərifləmək müsəlmanları aldatmaqdır.


Şeyx Saleh əl-Fovzan:

Bu şey müsəlmanlara qarşı ən böyük aldatmaqdır (ğişdir).
Bidət əhli barədə susmaq, onların bidətlərini bəyan etməmək müsəlmanları aldatmaqdır.

Hələ bir üstəlik buna onları tərifləmək də əlavə olunarsa, bu daha şərli və daha münkər olar, bundan Allaha sığınırıq.

Elmi olan kimsəyə vacib olan budur ki, bidətləri və (dinə əlavə edilmiş) yenilikləri bəyan etsin, bunları qadağan etsin, bundan çəkindirsin və susmasın. Bu susmaq elmi gizlətmək sayılır.

“Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! Yalnız tövbə edənlər (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhimliyəm! (Bəqərə, 159-160)

Elmi olan müsəlmana bidətlərə və müxalifliklərə qarşı susmaq, insanlara bunları bəyan etməmək icazəli deyildir.

Çünki əgər o susarsa, bu halda insanlar bu şeylərlə dəlil gətirəcək və deyəcəklər ki, əgər bu şey haram və ya qadağan olmuş olsaydı, filan alim bunu görə-görə, ona susmazdı.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir