Oxunma sayı: 170

Sual #103 : Şeyx Raslan – Novruz bayramı atəşpərəstlərdən şiələrə miras qalmışdır


Tarix: 2017-12-03

Cavab #103 : Şeyx Raslan – Novruz bayramı atəşpərəstlərdən şiələrə miras qalmışdır


Şeyx Raslan:

Şiəlikdə farsların, atəşpərəstlərin mülk və varislik haqqında olan bəzi etiqadları yer alıb. Farslar onların belini qıran İslam dinindən – elə İslam dininin öz adı ilə intiqam almaq üçün – şiəliyin yayılmasına yardım ediblər.

Şiəlikdə atəşpərəstlərin, həmçinin zındıqların əqidələri yer alıb. Hansılar ki, meydanda İslam ilə üz-üzə gələ bilmirdilər. Çünki İslamın gücü, sabit əqidəsi və güclü tabeçiliyi var. Artıq insanlar etiraf edirlər ki, onlar bu mirası tərk etməyiblər.

Novruz bayramı haqda bir az məlumatı olan kəs, bilir ki,
bu miras bizim bu günümüzə kimi qalıb. Novruz bayramı haqda az da olsa məlumatı olan adam mənim dediyimi təsdiq edər. Bu bayram od bayramıdır. Atəşə sitayiş etməkdir. Və bu bayram günümüzdə də qeyd edilir.

Fikir versən görərsən ki, onlar Ramazan bayramında bir gün tətil verirlər. Və deyirlər ki, eyb etməz, qoy insanlar işləsinlər, çalışqan olsunlar.

Lakin atəşpərəstlərin bayramı olan Novruza gəlincə isə onlar on gündən iki həftəyə kimi tətil verirlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir