Oxunma sayı: 132

Sual #99 : Şeyx Raslan – Girovları diri-diri yandıran – İŞİD


Tarix: 2017-12-03

Cavab #99 : Şeyx Raslan – Girovları diri-diri yandıran – İŞİD


Şeyx Raslan:

Buxari (Allah ona rəhmət etsin) öz “Səhih” əsərində, “Cihad kitabı”na bu başlıqla başlamışdır: “Allahın əzabı ilə əzab verməyin!”

İlk hədisdə Əbu Hureyranın (Allah ondan razı olsun) rəvayətini qeyd edir ki o dedi:”Allah rəsulu (sallAllahu aleyhi və səlləm) bizi göndərərək buyurdu: “Əgər filankəsləri görsəniz, onları yandırın!””

Biz çıxmaq istədikdə isə, o dedi:
“Sizə filankəsləri yandırmağı əmr etdim, lakin Allahın əzabı ilə əzab etmək olmaz! Əgər onları tutsanız öldürün.”

Sonra Buxari (Allah ondan razı olsun) İbn Abbasın (Allah ondan razı olsun) rəvayətini qeyd edir: Əli ibn Əbu Talib (Allah ondan razı olsun) bir qövmü (ona Allah deyənləri) yandırdığı zaman, İbn Abbas (Allah ondan razı olsun) ona dedi:
Əgər mən olsaydım, onları yandırmazdım. Çünki Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurub:

“Allahın əzabı ilə əzab verməyin!”
Onları öldürərdim, çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: “Kim dinini dəyişibsə, öldürün!”

Allahın əzabı ilə əzab vermək olmaz, odla (yandırmaqla) yalnız Allah əzab verə bilər. Buxari də, öz kitabını belə adlandırmışdır: “Allahın əzabı ilə əzab verməyin!”

Çünki dəlil ona aydındır. Döyüşdə qala və ona bənzər yerlərin yandırılması isə əgər kafirlər üzərində zəfər əldə ediləcəksə, olar.

Lakin bir insanı – hətta, müharibədə sənə qarşı vuruşan olsa belə – girov tutub, yandırmaq. Özü də, bunu bütün dünyaya nümayiş etdirmək, bu Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) dinində harada var?

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) qoçu belə, başqa qoçun gözü qabağında kəsməyi qadağan etmişdir.

Heç müsəlman da yandırılarmı? Özü də, valideynlərinə, həyat yoldaşına, uşaqlarına, qohumlarına, İslam düşmənlərinə nümayiş etdirilərək…

Sonra bu əməli törədənlər (İŞİD mənsubları) deyir ki, bu İslam dövləti qurmaq üçün edilən bir əməldir. Bir dövlət ki, insanları yandırmaqla qurulur o məcusi (atəşpərəst) dövlətidir. Çünki onların odlu kürsüsü vardır.

Allahın dostu İbrahim peyğəmbəri yandırmaq təklifini irəli sürən də, məşhur bir (atəşpərəst) fars idi. Necə ki, İbn Abbas onları ekradlar adlandırmışdır.

Lakin Muhəmmədin (sallAllahu aleyhi səlləm) dini tamam başqadır. (Yəni, bu əməllərin İslam dini ilə əlaqəsi yoxdur!)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir