Oxunma sayı: 133

Sual #98 : Şeyx Saleh əl-Liheydan – İŞİD haqqında 2


Sual:

Möhtərəm şeyx, Allah sizə xeyir nəsib etsin və sizə bərəkət versin!
Övladlarını İraqa, Suriyaya, “İŞİD”-ə qoşulmağa, həmçinin onların mislində olan camaatlara qoşulmaq üçün göndərənlər haqda mövqeyiniz nədir?

Tarix: 2017-12-03

Cavab #98 : Şeyx Saleh əl-Liheydan – İŞİD haqqında 2


Şeyx Saleh əl-Liheydan:

Şübhəsiz ki, bu çox pis əməldir. Bundan çəkinmək lazımdır və övladları oraya göndərmək qadağandır. 

“İŞİD”-ə gəldikdə isə, məgər bunlar İslam dövləti qurmaq istəyirlər? Haradan başladı bu dövlətin qurulması?

Məgər bu ‘dövlət’ özünü tövhid üzərində bərqərar edib? İnsanları qəbirlərə dua etməkdən (və s. tövhidə zidd əməllərdən) çəkindirir?

İŞİD son vaxtlarda ‘göstərilən’ və baş verən fitnədir.

Sonra bunlar cəm oldular və bu çıxışlardan hakimə qarşı istifadə edib, bunu ‘İslam dövləti’ adlandırdılar.

Bu dövlət haradan peyda oldu? İraqdan, Suriyadan olan camaatlar onun ətrafında cəm oldular və dedilər ki, bu ‘İslam dövləti’dir. Lakin əksinə, bu (İslam dövləti yox,) fəsad üzərində cəm olmaqdır!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir