Oxunma sayı: 122

Sual #97 : Şeyx Saleh əl-Liheydan – İŞİD haqqında


Sual:

Allah sizə xeyir nəsib etsin və sizə bərəkət versin!
Bir nəfər soruşur ki, “İŞİD” dövləti doğru və ədalətli İslam xilafəti sayılırmı?

Tarix: 2017-12-03

Cavab #97 : Şeyx Saleh əl-Liheydan – İŞİD haqqında


Şeyx Saleh əl-Liheydan:

Xeyr, bu doğru və ədalətli xilafət deyil!
Ədalətli xilafət böyük İslam alimlərinin və ziyalıların yığışıb, müzakirə edərək rəhbər təyin etmələri ilə olur.

İŞİD və onun kimilərə gəldikdə isə, onların əməlləri fitnəkar və fəsadın, şərin yayılmasına gətirib çıxaran əməllərdən hesab olunur.

Belə görünür ki, bunları idarə edənlər İslam haqqında məlumatsızlığın artmasına və “Baxın, İslam budur!” iddiasının yayılmasını istəyən İslam düşmənləridir.
Düzünü Allah bilir.

Buna görə də, “İŞİD” və onun kimiləri ilə bərabər vuruşmaq üçün səfərə çıxmaq heç kimə icazəli deyil. Bu haramdır!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir