Oxunma sayı: 118

Sual #96 : Mufti Abdul-Aziz Ali Şeyx – İŞİD haqqında


Aparıcı:

Möhtərəm şeyx, Allah sizi xeyirlə mükafatlandırsın.
Telefon xəttində İraqdan zəng etmiş Əbu Abdullah var. Buyur.

Tarix: 2017-12-03

Cavab #96 : Mufti Abdul-Aziz Ali Şeyx – İŞİD haqqında


Sual verən:
Əssələmu alekum.

Aparıcı:
Və aleykussələm.

Şeyx Abdul-Aziz Ali Şeyx:
Və aleykussələm.

Sual verən:
Şeyx, necəsiz?

Aparıcı:
Allah səndən razı olsun.

Sual verən:
Şeyx, sualım var.

Aparıcı:
Buyur.

Sual verən: … İŞİD… Əməliyyatlar…

Aparıcı:
Səs yaxşı gəlmir… Biz səni eşitmirik.

Sual verən: …

Aparıcı:
Möhtərəm Əbu Abdullah, səni yaxşı eşitmirik.

Sual verən:
İŞİD-lə döyüşməyin hökmü nədir?

Aparıcı: Necə?

Sual verən:… İŞİD …

Aparıcı:
İŞİD sözünü eşidirəm amma ondan əvvəl nə dediyini bilmirəm.

Sual verən:
İŞİD-ə qarşı vuruşmağın hökmü nədir?

Aparıcı:
Aha İŞİD-ə qarşı vuruşmağın hökmü nədir? Sonra? Bu qədər?

Sual verən:
Bəs onlara beyət etməyin hökmü nədir?

Aparıcı:
Yaxşı aydındır.

Sual verən:
Onlarda olan silah-sursat qənimət sayılır, yoxsa… ?

Aparıcı:
Yaxşı, birinci sual aydındır, ikinci də, sanki başa düşdüm. Təşəkkür edirik, ey Əbu Abdullah!

Aparıcı:
Möhtərəm şeyx, İraqdan Əbu Abdullah adlı şəxs oradakı İŞİD qruplaşmasının bəlası haqqında və onlarla vuruşmağın hökmü haqqında soruşur.

Şeyx Abdul-Aziz Ali Şeyx:
Mənə elə gəlirki, daha doğrusunu Allah bilir, bu qruplaşma həddi aşmış, zalım, cinayətkar, qanlar axıdan, namuslara hücum edən, mal-mülkü talan edən, həddi aşmış, zərərli, əziyyət verəndir. Ələ keçirdikləri məntəqələri dağıdıb xarabaxanalara çevirirlər. 

Bəzi informasiya vasitələri xəbər verir ki, onlar insanların namuslarına hücum edirlər, qadınları tutub, sanki onları əsir götürüblərmiş kimi satırlar. 

Bütün işlərdə müsəlmanlarla kafir kimi davranırlar. Bu qruplaşma xəta üzərindədir, doğru yolda deyil.

Əgər onlar müsəlmanlarla vuruşarlarsa, onların şərindən xilas olmaq üçün onlara qarşı vuruşmaq vacibdir, çünki onlar şər və bəladırlar.

Allahdan əmin amanlıq və afiyət diləyirik, onlar şər və bəladırlar. Onlarda xeyir yoxdur, üzə çıxdıqları gündən bəri vuruşmaqla məşğuldurlar, adam öldürərkən bunu nümayiş edərək, bədən üzvlərini parçalayaraq öldürürlər. Çox pis mənzərədir, insanın ətini ürpərdən, nəfsləri incidən mənzərədir. Bunlar çox pis əməllərdir. Onların, informasiya vasitələrində yayılan əməlləri çox təhlükəli və pis əməllərdir.

Allaha sığınıram, Allahdan salamatçılıq və afiyət diləyirəm.

Aparıcı:
Möhtərəm şeyx, Allah sizi xeyirlə mükafatlandırsın.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir