Oxunma sayı: 136

Sual #91 : Şeyx İbn Bəz – Hətta, namaz qılmasa belə müsəlman sayılır.


Tarix: 2017-12-03

Cavab #91 : Şeyx İbn Bəz – Hətta, namaz qılmasa belə müsəlman sayılır.


Şeyx İbn Bəz:

Amma, iki şəhadətə gəlincə, əgər Allahın hər kəsin Rəbbi olduğuna şahidlik edərsə, O hər kəsin ilahıdır və ondan başqa ilah yoxdur. Yəni, Ondan başqa haqq məbud yoxdur. Və şahidlik edər ki, Muhəmməd (sallAllahu aleyhi və səlləm) Allahın rasuludur.

Bu iki şəhadətdir və bunlar ikisi də, dinin əslidir, İslam ümməti olmağın əsasıdır!

Bir qism elm əhlinin və fəqihlərin əksəriyyətinin rəyi budur ki, o şəxs, hətta, namaz qılmasa belə müsəlman sayılır.

Əgər, namaz, oruc, həcc və başqa ibadətlərin vacib olmasına etiqad edərsə, lakin, o əməlləri xəfifə alar (yəni tənbəllik edər, məsuliyyətsiz yanaşarsa) və əməl etməzsə, fəqihlərin əksəriyyətinin rəyinə görə o şəxs böyük küfrlə kafir olmaz.

Əgər, bu əməlləri tərk edərsə, asi müsəlman olaraq qalır. Həmin şəxs cəhənnəmə daxil olma təhlükəsi ilə xətərli bir yol üzrə olar, lakin bu halına görə o təkfir edilməz!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir