Oxunma sayı: 123

Sual #87 : Şeyx Xalid Abdurrahmən əl-Misri – Şeyx Nəcmi ayaq üstə ikən öz rəyindən döndü


Tarix: 2017-12-03

Cavab #87 : Şeyx Xalid Abdurrahmən əl-Misri – Şeyx Nəcmi ayaq üstə ikən öz rəyindən döndü


Şeyx Xalid Abdurrahmən əl-Misri:

İmam, fəqih, muhəddis Əhməd ibn Yəhyə ən-Nəcminin (rahiməhullah) bilinən məsələlərdən birində öz rəyi var idi. Bu da “cahilliyin üzrlü olması” məsələsi idi.

Mən şeyx Rabi əl-Mədxaliyə zikr etdim. Dedim ki, ey şeyximiz, alim, imam, şeyx Əhməd ən-Nəcmi “cahilliyin üzrlü olub olmaması” barədə bəzi kəlimələrinin üzərində dayandım və mənə aydın olmadı.

Şeyx Rabi: “Bəli, onun bu məsələ barədə rəyi var idi və bu barədə onunla münazirə etdim.” – dedi və öz otağının qapısına və otağın qapısı ilə hamamın qapısı arasındakı girişə işarə etdi.

Sonra isə dedi: Özündən başqa ilah olmayan Allaha and olsun ki, o (şeyx ən-Nəcmi) öz rəyindən ayaq üstə ikən döndü! Bu məsələdə öz rəyindən döndü və “cahilliyin üzrlü olması” məsələsini təsdiq etdi.

Həmin qapıya işarə edərək dedi:
Vallahi, biz bu girişdə, ayaqüstə durduğumuz halda, həmin münaqişədə o öz rəyindən dönməmiş əyləşmədik.

İmam Rabi şeyx ən-Nəcmini öz şeyxlərindən sayırdı.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir