Oxunma sayı: 125

Sual #81 : Şeyx Salih Ali Şeyx – Kafirin küfründə şübhə edən özü də kafirdirmi?


Tarix: 2017-12-03

Cavab #81 : Şeyx Salih Ali Şeyx – Kafirin küfründə şübhə edən özü də kafirdirmi?


Şeyx Salih Ali Şeyx:

Bu məqamda qeyd etmək lazımdır ki, fiqh alimlərinin dediyinə əsasən İslamı batil edən amillərdən biri – kafirin küfründə şübhə etməkdir.

Bəzi insanlar bunu oxuyub elə başa düşüblər ki, kafirin küfründə şübhə etmək o deməkdir ki, əgər sən bir insanı təkfir etsən və başqası da onun kafir olub-olmamasında şübhə edərsə, o adamın özü də, kafirdir.

Amma şeyxul İslam İbn-Teymiyyə, İbn əl-Qeyyim və sələfi dəvətinin digər alimləri bu qaydada nəzərdə tutulan kafirin kimliyini açıqlamışlar.

Burada hansı kafirdən söhbət gedir?

Deyilən “kafir” – Allahın və Rəsulunun nassla (yəni, aydın şəri dəlillə) təkfir etdiyi, yaxud yekdil rəylə təsdiq edilmiş dində zəruri əməl sayılan amillə, ya da əməl sahibini dindən xaric edən əsasla təkfir edilən kimsədir!

Amma əgər kiməsə ictihadi bir əsasla hökm verilirsə, yaxud bəziləri ona kafir hökmü kəsər, digərləri isə bununla razılaşmazlarsa o zaman bu kimi hallar deyilən qaydaya daxil deyildir.

Demək dəvət alimləri təkfir dairəsini daraldıblar!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir