Oxunma sayı: 141

Sual #72 : Şeyx Raslan – Ey aciz insan


Tarix: 2017-12-03

Cavab #72 : Şeyx Raslan – Ey aciz insan


Şeyx Raslan:

Ömər (Allah ondan razı olsun) “əl-Faruq” (Haqqı batildən ayıran) nəfsini İslam dini ilə tərbiyə etdi. Buna baxmayaraq o münafiq sayılmaqdan qorxardı. (Münafiqlərin adları haqda olan) sirrin sahibi Hüzeyfə ibnul Yəmənin yanına gedər və ona deyərdi:
“Ey Huzeyfə, Allah eşqinə…” yəni, səni and verirəm Allaha. O Allaha ki, ən Ucadır, Qüdrət və Qüvvət sahibidir. Allah rəsulu (sallallahu aleyhi və səlləm) adlarını sənə bildirdiyi münafiqlərin içində mənim də adımı zikr etdimi?

Ey Allahın qulu!
Ey aciz insan!
Ey aciz insan!
Ey aciz insan!

Ömər münafiq olmaqdan qorxdu. Sən ondan daha fəzilətli olduğunumu güman edirsən? Sən nəfsini nə vaxtsa münafiqliklə qınadınmı? Sən nəfsini nə vaxtsa riya ilə günahlandırdınmı? Yaxud, qəlbin bu hiyləyə aldana bilər deyə, qorxu hissi keçirdinmi? Sən nə vaxtsa Aləmlərin Rəbbi olan Allahdan qeyrisi üçün əməl etməkdən qorxaraq – nəfsini qınadınmı? Və görəsən, buna görə veriləcək cəzadan qorxdunmu? Ömər şərəfli olmağına baxmayaraq, Allah qatında yüksək məqama sahib olmağına baxmayaraq, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) münafiqlərin adları haqda sirrini verdiyi Hüzeyfə İbnul Yəmənin yanında gedərdi. Və ona deyərdi: “Allah eşqinə, ey Hüzeyfə! De görüm, Allah rəsulu (sallallahu aleyhi və səlləm) məni münafiqlərin arasında zikr etdimi?” Yəni, ondan soruşdu ki, “Mən münafiqəmmi?” Allah rəsulu (sallallahu aleyhi və səlləm) mənim adımı münafiqlərin arasında sadaladımı?
Hüzeyfə (Allah ondan razı olsun) belə cavab verdi:
“Vallahi xeyr!” Amma bu gündən sonra səndən başqasını təmizə çıxarmayacam! Allah onlardan razı olsun!

Ey aciz insan!
Aciz qəlbli olduğun üçün Aləmlərin Rəbbindən qorx!

Ey aciz insan!
Kiçik məxluq olduğun üçün Aləmlərin Rəbbindən qorx!

Ey aciz insan!
Aləmlərin Rəbbinə yalvar ki, sənin imanını artırsın!

Ey aciz insan!
Uca Allaha yalvar ki, səni dində sabit etsin!

Ey aciz insan!
Uca Allaha yalvar ki, qəlbini doğru yolda sabit etsin!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir