Oxunma sayı: 63

Sual #36 : Şeyx İbn Bəz – Fotoaparatla şəkil çəkməyin hökmü.


Sual:

Fotoaparatla şəkil çəkməyin hökmü nədir? Kölgəsi olmayan surətlərlə eynidirmi?

Tarix: 2017-11-20

Cavab #36 : Şeyx İbn Bəz – Fotoaparatla şəkil çəkməyin hökmü.


Şeyx:

İstər fotoaparatla, istər yontaraq, istər əl ilə, istərsə də hər hansısa bir üsulla edilsin fərq etməz, canlıları və ruhu olan şeyləri çəkmək qəti qadağandır.

Əl ilə və ya başqa bir üsulla çəkilən hər bir təsvir qadağan edilmişdir.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurmuşdur:

Hər (surət şəkli çəkən) rəssam cəhənnəmdədir. Çəkdiyi hər bir surətə ruh verilər və cəhənnəmdə onunla əzab edilər.

Həmçinin buyurmuşdur:
Qiyamət günü ən şiddətli əzab (surət şəkli çəkən) rəssamlara veriləcək.

Həmçinin buyurmuşdur:
Bu surətləri çəkənlərə Qiyamət günü “çəkdiklərinizə ruh verin!” əmr edilərək əzab veriləcəkdir.

Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) sabit olmuşdur ki, o (sallAllahu aleyhi və səlləm) faiz yeyənə və yedirənə, (surət şəkli çəkən) rəssama lənət etmişdir.

Bu sadalananlar, eləcə də bu haqda olanların (hədislərin) hər biri, (surəti olan) şəkilin – kağız və ya başqa şeylər üzərində, hətta fotoaparatla da çəkilmiş olsa – qəti olaraq haram olduğuna dəlalət edir.

Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Aişənin (radıyAllahu anhə) yanında pərdənin üzərində təsvir görərkən, onu sökmüş, üzünü dəyişmiş və buyurmuşdur:
Bu surətləri çəkənlərə Qiyamət günü “çəkdiklərinizə ruh verin!” əmr edilərək əzab veriləcəkdir.

Bu sadəcə pərdədir. Aişə (radıyAllahu anhə) o pərdəni sökərək Peyğəmbər (sallAllahu aleyhi və səlləm) üçün iki döşək etmişdir.

Həmçinin Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Kəbənin divarlarında şəkil görmüş, su və əski götürərək, suyu səpib həmin əski ilə o şəkili silmişdir. Bu Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Sünnəsində aşkar bir şeydir.

Günümüzdəki insanların şəkil çəkmək mövzusunda zəifliklərinin nəticəsidir ki, dünya şəkillərlə dolmuşdur.
Bu zəiflik heçnəyə söykənmir, sadəcə əhəmiyyət verməmək onların dində zəif olmasının bariz nümunəsidir.
Allahul-Müstəan! (Allah bizim sığınacağımızdır!)

Sual verən:
Bunu zərurətdən dolayı edənlə etməyən arasında fərq varmı?

Şeyx:
Günah zərurət olmadan edənədir. Fəqət zərurət halında olarkən… Zərurətdən dolayı edən kəs ikrah ilə edənin misalındadır.

Pasport almaq üçün bunu etməyə məcbur olarsa, pasporta və sürücülük vəsiqəsinə ehtiyacı varsa, bu kəslər zərurət halındadır və ehtiyaclıdırlar. Onlar ikrah ilə edənin misalındadır.

Qəlbləri bu işdən razı olmadığı halda, (bu işi etməyə) məcburdurlarsa, ümid edirik onlar üçün bir problem yoxdur. Bunu ehtiyacdan dolayı etmişdirlər. Zərurət onları bu işə vadar etmişdir.

Sual verən:
Uşaqların oynadığı surətli oyuncaqlar icazəlidirmi?

Şeyx:
Xeyr! Bu da icazəli deyil! Surətlərin hər biri qadağan edilmişdir. Nə böyüklərə nə də uşaqlara icazəli deyil! Amma üzərində şəkil olmayan (surətsiz) oyuncaqlar varsa, onda bir problem yoxdur. Üzərində surət olmayan oyuncaqlar normaldır.

Sual verən:
Şəkildən əldə edilən pulun hökmü nədir?

Şeyx:
Pulu haram yolla əldə etmək icazəli deyildir! Haram yolla əldə edilənlər (pullar) faiz, şəkil və buna oxşar şeylərdir. Bu pul ilə həcc edərsə, həcci səhihdir.  Günah işlətmiş olsa da, həcci səhihdir. Günah etmişdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir