Oxunma sayı: 71

Sual #12 : Şeyx Albani – İslam və küfr diyarı. Şəriətlə hökm etməyən rəhbərin hökmü


Sual:

Bəzi kəslər deyir ki, bir ölkə o vaxt darul-islam olur ki, orada İslam əhkamları, yəni, Allahın şəriəti tətbiq olunsun, hətta bu ölkənin əhalisinin əksəriyyəti kafir olsa da, (ora darul-islam adlanır!)

Və bir ölkə o vaxt darul-küfr hesab olunur ki, orada Allahın endirdiyi şəriətlə hökm edilmir, hətta orada əhalinin çoxu müsəlman olsa belə …

Bu deyilənlər doğrudurmu?

Tarix: 2017-11-19

Cavab #12 : Şeyx Albani – İslam və küfr diyarı. Şəriətlə hökm etməyən rəhbərin hökmü


Şeyx:
Xeyr! Doğru deyil!
Bu nə deməkdir ki? Bu söz nəyə gətirib çıxarır?! Məsələn, bu ölkə və ya Suriya, yaxud başqa hər hansısa bir ölkə, haradakı – təəssüflər olsun – rəhbərlər dünyavi qanunla hökm edirlər. əl-Cəzairi də misal çəkmək olar. Bunlar hansı ölkə qisminə daxildirlər?! Darul-hərb sayılır? (Şeyx, burada darul-hərb deyərkən, darul-küfrü qəsd edir)

Sual verən:
Xeyr! Xeyr! Darul-hərb (darul-küfr) sayılmır!

Şeyx Albani onun sözünü kəsərək:
Üzr istəyirəm, mən cavab verirəm!

İndi gəl, bu deyilən sözün, yəni, Allahın endirdiyi şəriət ilə hökm olunmayan ölkənin darul-islam sayılmaması fikrinin batil olmasını isbat edək! Çünki bu kimi ölkələr Allahın hökmü ilə hökm etməyən rəhbərlərlə mübtəla olmuşlar. Öncə bilməliyik ki, hakimlər iki qismdir:

Birinci qism etiraf edir ki, şəriətlə hökm etmək vacibdir, lakin nəfsinə uyaraq, bəzi şəxsi maraqlarına görə bunu etmir!

İkinci qism isə deyir ki, İslam geridə qalmışdır, indi onun zamanı deyildir! Bu sözü deyən (yəni, öz qanunlarını halal görən) hakim kafirdir!

Bu ayənin birbaşa mənası ilə:

“Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (Maidə surəsi, 44)

Bəli, lakin ayənin təfsiri var. Necə ki, Quranın təfsirçisi İbn Abbas demişdir: “Ayə heç də onların düşündükləri mənada deyildir, həmin ayədə İslamdan çıxarmayan kiçik küfr qəsd edilmişdir!”

Ona görə deyirəm ki, bu gün İslam ölkərində hökm edən rəhbərlər iki qismdir:

Birinci qism, etiraf edir ki, şəriətlə hökm etmək vacibdir. Necə ki, rüşvət alanlar, oğrular, zinakarlar, qeybət edənlər və s. kimi bu cür dinə müxalif əməl sahibləri asidirlər, əgər bu əməllərdən birini halal görərlərsə, o zaman kafir sayılarlar!

Lakin desələr ki, biz halal görmürük, güc və qüdrət sahibi yalnız Allahdır, biz Allahdan bağışlanma diləyirik və s., bu kəslərin etiqadları düzgündür, lakin əməlləri etiqadlarına ziddir. Bu kimi hakimlərə (dünyavi qanunla hökm etsə də) biz kafir demirik!

İkinci qism hakimlər isə, bayaq qeyd etdiyim kimi, onlar deyir ki, İslam hökmləri indiki zaman üçün deyil və o hakimlər mürtəd (İslamdan dinindən çıxmış) sayılırlar.

İndi hamısını demirəm, əksər İslam ölkələri dünyavi qanunlarla idarə olunur, lakin nisbətlər fərqlidir. Yəni, bəzi ölkələrdə qanunların çoxu dinə müxalifdir, bəzilərində isə çoxu dinə uyğundur. Bu baxımdan nisbət fərqi vardır. Bu bizim müzakirə mövzumuz deyil.

Çünki biz indi elə bir zamanda yaşayırıq ki, burada prsinsip bundan ibarətdir: “Öz qeydinizə qalın! Siz doğru olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər.” (Maidə surəsi, 105)

Bizlər kafir hakimə qarşı vuruşmalıyıq? İslam dini bizə dərhal kafir hakimə qarşı vuruşmağı əmr etmir. O dəvət edilməlidir. Necə ki, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) Kisranı, Qeysari, Mukavkis və digərlərini dəvət etdi. Kim dəvətə icabət edərsə, əlhəmdulilləh. İcabət etməyənlərə qarşı isə, dərhal vuruşdu? Yoxsa hazırlıq gördü? Əlbəttə ki, hazırlıq gördü. İndi biz mübtəla olduğumuz vəziyyətdə: Ən yaxın nümunə kimi əl-Cəzairdəki vəziyyəti göstərmək olar – biz Avropa düşüncəli, əsrdən çoxdur müstəmləkəsi olmuş Fransız qayda-qanunu ilə idarəçilik edən rəhbərlərlə mübtəla olmuşuq.

İndi biz öz nəfsimizin şəhvətlərinə qarşı müharibə etmədiyimiz, nəfsimizi Quran və Sünnə ilə tərbiyə etmədiyimiz, əvvəldə dediyim kimi birləşmədiyimiz halda durub onlara qarşı müharibə edəcəyik? Xeyr!

İndi bu prinsispin vaxtıdır:
“Öz qeydinizə qalın! Siz doğru olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər.” (Maidə surəsi, 105)

Dediyimiz kütlə hasil olduqdan sonra biz (kafir) hakimə deyə bilərik ki, ey rəhbər, sən ya Allahın hökmü ilə hökm etməli, yaxud buna görə döyüşməli olacaqsan. Bax İslam belədir. Islamda üsyan və heç bir fayda olmadan nahaq qan axıtmaq prinsipi yoxdur.

Allahdan diləyirik ki, bizə Quran və Sünnə ilə əməl etməyə müvəffəq etsin və bizi bununla tərbiyələndirsin.

 

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir