Oxunma sayı: 73

Sual #9 : Şeyx İbn Bəz – Dəstəmaz əsnasında danışmaq dəstəmazı batil edirmi?


Sual:

Doğrudurmu ki, dəstəmaz əsnasında danışmaq, dəstəmazı batil edir?

Tarix: 2017-11-19

Cavab #9 : Şeyx İbn Bəz – Dəstəmaz əsnasında danışmaq dəstəmazı batil edirmi?


Şeyx:

Xeyr! Doğru deyildir! Dəstəmaz əsnasında danışmaq dəstəmazı pozmur! Kimsə dəstəmaz alarkən başqası ilə danışsa, dəstəmazı səhihdir. Dəstəmazı şəriətə uyğun alıbsa – Ağzına və burnuna su alıb, üzünü yuyub, əllərini dirsəkləri də daxil olmaqla yuyub, qulaqları ilə birgə başına məsh edib və topuqları ilə birgə ayaqlarını yuyubsa, Bu halda dəstəmazı səhihdir, hətta danışsa belə… Danışmaqda heç bir problem yoxdur!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir