Oxunma sayı: 201

Sual #565 : Şeyx Muhəmməd Bəzmul – ‘Lə iləhə illəllah’ın mənası


Şübhələrdən biri də budur ki, əgər insanlardan “Lə iləhə illallah” kəlməsinin mənasını soruşsan, belə cavab verirlər ki,  “Allahdan başqa yaradan yoxdur”  və ya  “Allahdan başqa Allah yoxdur”. Lakin mənaların hər ikisi də batildir.

Çünki az əvvəl dediyimiz kimi uluhiyyənin (ilahlığın) mənası Allahı ibadətlə təkləşdirməkdir. Tövhid (təkləşdirmək) dedikdə rububiyyə, uluhiyyə və ad və sifətlər tövhidinin hər üçünü əhatə edir. Lə iləhə illəllah kəlməsini “Allahdan başqa yaradan yoxdur”  və ya  “Allahdan başqa var edən, idarə edən yoxdur” kimi təfsir etsən, tövhid kəlməsini üç növün üçü ilə də təfsir etmiş olursan, yoxsa yalnız bir növü ilə? Əlbətdə ki bir növü ilə.

Deməli bu təfsir xəta və batildir.

Yayılmış ikinci təfsir “Allahdan başqa mövcud olan ilah yoxdur” mənasıdır. Bu məna isə bu anlama gəlir ki, mövcud olan bütün ilahların hamısı Allahdır. Heç belə bir məna səhih ola bilərmi? Əlbətdə ki bu məna da batildir.  Çünki bu cür təfsir etmək mənanı “Allah hər şeydədir” deyən “vücudiyyə” və “hüluliyyələrin” lə iləhə illah kəlməsinə verdikləri mənaya aparıb çıxarır. Bu da batildir. Doğru olan təfsir yalnız və yalnız Allahdan başqa ibadətə haqqı çatan ilah, məbud yoxdur təfsiridir.  O biri batil mənalardan çəkinin.

Tarix: 2020-04-02

Cavab #565 : Şeyx Muhəmməd Bəzmul – ‘Lə iləhə illəllah’ın mənası


Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir