Oxunma sayı: 71

Sual #560 : Şeyx Fovzana zəng – Qamət Süleymanovun sözü haqqında (Yanvar, 2020)


Şeyx Mahir Qahtani: “Allah sizi qorusun, sizin qədir-qiymətinizi ucaltsın, sizi Misirin İskəndəriyyə şəhərində toplaşmış insanlara yönəldirəm. Burda Azərbaycandan bir nəfər deyir ki, onlarda bir nəfər şəxs sizin adınızdan belə yayır ki, siz “Allahı söymək” məsələsində cahilliyi üzr görürsünüz. Bu doğrudurmu?”

Tarix: 2020-03-29

Cavab #560 : Şeyx Fovzana zəng – Qamət Süleymanovun sözü haqqında (Yanvar, 2020)


Şeyx Fövzan: “Xeyr, hanı? Mən onu harda demişəm? Yazı şəklindədir yoxsa səslidir?”

Sual verən: “Bəli, onlar sizin Bərbəhərinin “Şərh əs-Sünnə” kitabında zikr etdiyiniz ümumi sözü götürüblər. İslamı pozan şeylər barəsində təfsilat vermədiyiniz “…amma onda hansısa maneə və üzr olarsa…” sözünüzü götürüb ora “Allahı söymək” məsələsini də daxil edib təlbis ediblər. Şəkk yoxdur ki, sizin sözünüz Cəhmilərin təlbislərinə rədd olub. Şeyx, elə deyilmi?”

Şeyx Fövzan: “Necə?”

Sual verən: “Yəni, onlar belə bir söz gətirib təlbis ediblər ki, guya siz orda demisiniz ki… (sual verən burda həmin azərbaycanlı qardaşdan uca səslə oxumasını xahiş edir:)

“Kim Allahı və ya Rəsulunu və ya İslam dinini söyərsə, onun izhar etdiklərinə əsasən sən onun mürtəd olmasına hökm verirsən. Əgər kim İslami pozan şeylərdən birini özündə izhar edərsə; ondan üzrün və maneələrin getməsi ilə, yəni, o şəxs təvil edəndirmi və ya təqlidçidirmi və ya cahildirmi və ya qəzəblidirmi? Bu maneələr olduğu müddətcə ona mürtəd hökmü verilmir.”

Sual verən davam edir: “Şeyx, sən bu məsələyə “Allaha söymək” məsələsini daxil etmisənmi?”

Şeyx Fövzan: “Xeyr” (səsi qırıq-qırıq gəlir)

Sual verən: “Gördünmü “xeyr” dedi. Şeyx təfsilat verir ki, özlüyündə təvil ehtimal olunan şeylər. Yəni, imam Əhmədin vaxtındakı Cəhmilərin sözləri kimi. Şeyx bunu deyirdi. Amma “Allahi söymək” məsələsinin isə buna ehtiyacı yoxdur. Şeyx, elə deyilmi?”

Şeyx Fovzan: “Bu məsələdə heç kəs üzrlü deyil”

Sual verən şeyxin sözlərini təkrar edir: ” “Bu məsələdə heç kəs üzrlü deyil” Yaxşı, şeyx, təşəkkür edirik. Allah sizə bərəkət versin! Əs-Sələmu əleykum və rahmətullah

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir