Oxunma sayı: 54

Sual #555 : Şeyx Fovzan – Allaha, Onun Dininə və Rəsuluna istehza edənlərin təkfiri və murciələrə rədd


Sual:
Uca Allah buyurur:
De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? (Tövbə, 65)
Məgər bu ayə dəlil deyilmi ki, insan bəzən sözlə, bəzən isə əməl ilə İslamdan çıxır? Bu da həmçinin murciələrə rəddir.

Tarix: 2020-03-28

Cavab #555 : Şeyx Fovzan – Allaha, Onun Dininə və Rəsuluna istehza edənlərin təkfiri və murciələrə rədd


Şeyx Fovzan:
Bəli, şübhəsiz ki, bu ayədə “(istehza edən) insan ancaq qəlblə etiqad edərsə kafir olar” – deyən murciələrə rədd vardır. Bu ayə insanın mütləq şəkildə, qəlbi ilə etiqad edib etmədiyindən asılı olmayaraq, kafir olduğuna dəlalət edir. Zarafat edənlər, “”Biz sadəcə zarafatlaşırdıq” dedilər. Və məlumdur ki, zarafat edən kəs buna qəlbi ilə etiqad etmir. Buna baxmayaraq, Uca Allah həmin şəxsi kafir saymış və buyurmuşdur: “İman gətirdikdən sonra artıq kafir oldunuz” (Tövbə, 66)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir