Oxunma sayı: 59

Sual #553 : Şeyx Albani – Allahla, Onun Dini və Rəsulu ilə istehza edən, şübhəsiz ki, kafirdir!


Sual:

Allahın dini ilə istehza etməyə gəlincə isə, necə ki, Allah Təalə buyurur:
De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz” (Tövbə, 65-66)
Bu ayədə keçən etiqadda küfrdür, yoxsa əməldə?

Tarix: 2020-03-27

Cavab #553 : Şeyx Albani – Allahla, Onun Dini və Rəsulu ilə istehza edən, şübhəsiz ki, kafirdir!


Şeyx Albani:
Heç şübhə yoxdur ki, bu etiqadi küfrdür. Çünki bu, iki buynuzunun ikisini də çıxarmış küfrdür. Çünki bu küfr iman gətirmiş kimsədən baş verməsi mümkün deyil, hətta imanı nə qədər zəif olsa da belə, Allahın ayələri ilə istehza etməz!
Bu növ küfr öncə də söylədiyimizə daxildir. Danışdıq ki, dili ilə qəlbində qərar tutmuş küfrü söyləyənə qədər bir müsəlmanı təkfir etmək icazəli deyil, çünki əgər dilinə gətirirsə, bu halda dəlildir ki, küfr onun qəlbində qərar tutmuşdur. Burada isə Allahın ayələri ilə istehza etmək həmin kimsədən ən böyük təsdiqdir ki, o, istehza etdiyi şeyə iman gətirmir. Beləcə, həmin kimsə etiqadi küfr işləməklə kafir olmuşdur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir