Oxunma sayı: 118

Sual #550 : Şeyx Ubeyd əl-Cəbiriyə zəng və şeyxin “Allahı söyənə cahilliyi üzr gətirənlər”ə nəsihəti


Tarix: 2020-03-27

Cavab #550 : Şeyx Ubeyd əl-Cəbiriyə zəng və şeyxin “Allahı söyənə cahilliyi üzr gətirənlər”ə nəsihəti


Sual verən: “Əs-Sələmu aleykum və rahmətullahi və bərakətəhu”

Şeyx: “və aleykumus-Sələm və rahmətullahi və bərakətəhu”

Sual verən: “Şeyx Ubeyd, necəsiz? Allah sizə dünyada da axirətdə də ehsan eləsin!”

Şeyx: “Allah canıvı sağ eləsin, əlhəmdulilləh, bəli!”

Sual verən: “İlk olaraq, müsəlman bir kəs ağlı-başı tamamiylə yerində ola-ola Allahı təsəvvür olunan ən pis şəkildə söydü, bundan Allaha sığınırıq. Lakin, o, Allahı söyməyin onu İslam dinindən çıxartdığını bilmir. Bunun ancaq küfr olmayan haramlardan olduğunu zənn edir. Allah sizə bərəkət versin. Sual budur ki, bu kəsi Əhlis-Sünnə alimlərindən belə bir cahilliklə üzrlü bilən varmı? Yəni, Allahı söyməyin İslam dinindən çıxartdığını bilməmək üzrdürmü yoxsa Allahı söyən kəsə bu kimi cahilliyin üzr olmamasında icma vardır? Cavabı dəlil ilə izah etməyinizi xahiş edirik!”

Şeyx: “Naslardan və elm əhlinin sözlərindən bildiyim budur ki, bu insan Allahı söyməsiylə kafir olur. Çünki, sən dedin ki, ağlı tam yerindədir. Görsənən budur ki, bu insan İslamda böyüyüb. O, təzə hidayət olunmayıbsa yəni, məsələn əgər əvvəl Hindus və ya başqa bütpərəstlərdən olubsa bu başqa məsələdir. Amma madam ki, o, İslamda böyüyüb boya-başa çatdığı halda açıq-aydın şəkildə Allahı söyürsə bu söyüşü ilə kafir olur. Ona vacibdir ki, Allaha tövbə etsin və İslam şəhadətini gətirsin. Bəzi elm əhli deyir ki, o kəs qüsul da almalıdır. Amma onun “bilmirdi” sözü isə zənn edirəm ki, yalandır və hiylədir. Çünki, bəzi insanların dilində Allahı söymək gündəlik bir şeydir. Lakin, o, tövbəyə çağrılar. Allaha tövbə etməli, Ona qayıtmalı və Ondan bağışlanma diləməlidir. Yoxsa onu tərk edin, onunla oturmayın, ona qarışmayın. Əgər tövbə etməsə onun məsələsini özünüzdə olan Məhkəməyə qaldırın!”

Sual verən: “Yaxşı, bəs bu söyən kəs cahilliyin yayıldığı, alimlərin isə olmadığı uzaq bir yerdə yaşayıb heç bir təvil yeri olmayan açıq-aydın bir söyüşlə Allahı söyürsə onun hökmü nədir?”

Şeyx: “Ey oğlum, bu dindən bilinməsi zəruri olan şeylərdəndir. Qətiyyən, Allahı söyən müsəlman yoxdur. Söyüş, təhqir… bu şeylər müsəlmanlar arasında ola bilməz, heç vaxt! Lap cahil olsalarda belə… Çünki, bu müsəlmanlar arasında dindən bilinməsi zəruri olan şeylərdəndir ki, belə şey (söyüş söymək) haramdır.”

Sual verən: “Yəni, onun elə sadəcə Allahı söyməsi ilə biz yəqin bir şəkildə biləcəyik ki, o adamın qəlbində Allaha qarşı küfr və murdarçılıq var?”

Şeyx: “O, kafir olur. Madam ki, onun ağlı başındandırsa və nə dediyini də bilirsə bununla kafir olur. Ona vacibdir ki, Allaha tövbə etsin. Yoxsa, Allahı dinindən çıxan kafirdir.”

Sual verən: “Yaxşı, bildik ki, bu kəs kafirdir. Yəni, ixtilafsız. Bəs cahilliyin üzr olması, buda icma olması və s. kimi məsələlər…”

Şeyx: “Xeyr, deyirik ki, bəzi məsələlər var ki, insana gizli qala bilər və insan bununla üzrlü sayıla bilər. Lakin bu şey gizli qala bilməz. Hətta yəhudi və xristianlar bilirlər ki, bu (Allahı söymək) haramdır.”

Sual verən: “Yaxşı, bizdə burda Əlcəzəirdə ki, bəzi qardaşlar sizdən soruşublar və siz demisiniz ki, ola bilər üzrlü olsunlar. Bunu zahiri olaraq götürüblər…(şeyx yarımçıq kəsir)”

Şeyx: “Xeyr, qətiyyən! Allah söyən üzrlü ola bilməz, heç vaxt!”

Sual verən: “Lakin, bunu sizin adınızdan yayırlar…”

Şeyx: “Xeyr, xeyr, qətiyyən doğru deyil! Biz cahilliyin üzrlü olması məsələsində deyirik ki, ola bilər ki, insana özü kimilərinə gizli qalan şeylər gizli qalsın. Amma bu məsələ gizli qalmır axı. Yəni, bu söyüş məsələsini bütün müsəlmanlar bilir ki, bu olmaz. Haramdır. Bəli!”

Sual verən: “Yəni, əgər söyən kəs söyüşün onu İslamdan çıxartıdığını bilməsə də kafir olur?”

Şeyx: “Bunu (söyüşün haram olduğunu) bilməyə bilməz. Bundan heç kim cahil qala bilməz, heç vaxt. Dedim axı sənə, bu yalandır, o, yalan danışır.”

Sual verən: “Yəni, onun kafir olmasında şəkk etmirik?”

Şeyx: _”Əlbəttə, şəkk yoxdur. Yəni, Allaha qarşı düşmənçilik edir və Allahı söyür… bu kəs, heç vaxt… Tövbəsi də qəbul edilməz. Tövbə etsə belə öldürülməlidir. Əmr sahibi, hakim onu tövbəyə çağırır.”_

Sual verən: “Yaxşı, Allah sizə bərəkət versin. Allah Təalənin bu sözü barəsində nə deyərdiniz: “… və əgər sizin dininizə tən etsələr küfr başçıları ilə vuruşun çünki, onlarla heç bir əhd-aman yoxdur…” ət-Tövbə 12″

Şeyx: “Bu müsəlmanların başçılarına aiddir. Cihad bayrağını onlar qaldırır və İslam dininə tən edən xristianlarla, yəhudilərlə və başqaları ilə döyüşürlər. Əgər zimmi yox hərbi olan kafirdirsə heç bir şərtsiz öldürülür. Əgər zimmi olan kafirdirsə dinə tən etsə onu dövlət başçısı öldürür. Onlara qarşı döyüşmək üçün bayrağı müsəlmanların başçısı qaldırır.”

Sual verən: “Yaxşı, peyğəmbərin (sallAllahu aleyhi və səlləm) səhabələrinə istehza edənlər haqqında varid olmuş hədisdə Allah onlar barəsində belə demişdir: “De, Allaha, ayələrinə və rəsulunamı istehza edirsiniz? Üzrxahlıq etməyin, iman gətirdikdən sonra kafir oldunuz!”. Bu ayədən bu məsələ haqqında fayda verə bilərsinizmi?”

Şeyx: “Bəli, Allah onları peyğəmbərə istehza etdikləri üçün kafir etdi. Onlar belə demişdilər: “Bizim bu qarilərimiz kimi qarınqulu, yalançı və döyüşdə də qorxaq olan kimsələri görmədik.” Onlar deyirdilər ki, biz oynuyurduq, zarafat edirdik, amma Allah onları kafir etdi.”

Sual verən: “Yaxşı, bu ayədə mənim sizdən soruşduğum məsələyə dəlil varmı? Yəni, dəlil olan yerini bizə izah edərdiniz!”

Şeyx: “Allah Subhənə Təalə onları zarafat dedikləri sözə görə kafir elədi. Kim Allahı açıq-aydın şəkildə söyərsə təkfir olunmağa onlardan daha layiqdir.”

Sual verən: “Allahı pis bir şəkildə söyən kəsi bu cür üzrlərlə üzrlü bilən müsəlmanın hökmü nədir? Yəni, onunla necə müamələ edək?”

Şeyx: “Xeyr, xeyr, heç vaxt üzrlü deyil. Fəqih olan kəs onları üzrlü saymaz. Bu kəs cahildir, cahildir gərək öyrədilsin!”

Sual verən: “Yaxşı, bəzi qardaşlardan bu baş verdi. Onlar digərləri tərəfindən tərk olundular. Bu məsələ onlar arasında mübahisəyə səbəb oldu. Nə nəsihət edərdiniz?”

Şeyx: “Onlar tərk olunmağa layiqdirlər. Onlara de ki, onlar tərk olunmağa layiqdirlər.”

Sual verən: “Buna görə qardaşlar arasında mübahisə və söz-söhbət çıxdı. Nə nəsihət edərdiniz?”

Şeyx: “Deyirəm ki, onlara Allahı xatırlatdın, salamımızı çatdırın və deyin ki, Allahı söyən o kəslərə üzr gətirmiyin! O kəslər ki, üzr gətirirlər onlar xəta edirlər.”

Sual verən: “Allah sizi xeyirlə mükafatlandırsın!”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir