Oxunma sayı: 14

Sual #546 : Şeyx Süleyman Ruheyli – Allahı söyən cahil deyil! Nə üçün Allahı söyənə üzr axtarırıq?


Sual:

Tam olaraq ağlı başında olduğu halda, İslam diyarında Allahı açıq-aşkar söyən kəsin hokum nədir? Bu kəs hər dəfə əsəbləşəndə Allahı söyür. Belə birisi cahilliyinə görə üzrlü bilinirmi, yoxsa müəyyən olaraq kafir olmasına etiqad edilir?

 

Tarix: 2020-03-27

Cavab #546 : Şeyx Süleyman Ruheyli – Allahı söyən cahil deyil! Nə üçün Allahı söyənə üzr axtarırıq?


Şeyx Süleyman Ruheyli:

Nə cahillik?! Allah barəsində cahildir?! Yoxsa Allahı təzim etməkdən cahildir?! Yoxsa ki, bunun söyüş olmasından cahildir?! Bu şeylərin heç biri mövcud ola bilməz!

Nə üçün Allahi söyənə üzrlər axtarırıq? Biri də gəlib deyir ki, “yox, əgər halal görərsə..”

Subhanallah! Allahı söyür. Deməliyik ki, ancaq və ancaq halal görərsə, onda təkfir edəcəyik? Bu məsələdə cahillik deyə bir şey yoxdur!

Əgər ağlı başında olduğu halda Allahı söyərsə, ağlı başında olmaqda məqsəd, yəni, o dərəcədə qəzəblənir ki, yerlə göyü, anasıyla zövcəsini, odla suyu seçə bilmir, elə qəzəblənib ki, qəzəb ağlını bütünlüklə örtüb. Bu kəsdən qələm qaldırılıb, o cəzalandırılmır!

Yox əgər ağlı başında olarsa, dediyi sözün də söyüş olduğunu bilərsə, ona bu kəs şəkk olmayan, ən böyük küfrlə kafir olar.

Söz əsnasında toxundum ki, elə söyüş var ki, heç bir ağıl sahibi onun söyüş olmasında ixtilaf etmir, istər Amerikada, Mərakeşdə, Misirdə, İraqda, istər Mədinədə və Məkkədə və s. olan hər ağıllı insane bilir ki, bu söz söyüşdür. Bax, bu şeylə kim Allahı söyərsə kafir olar. Həmçinin də “urflardan” (adətlərdən) asılı olaraq, fərqli olan növlər də vardır. Yəni, ola bilsin ki, bir söz öz ləfzində hardasa söyüş olsun, lakin insanların “urfunda” (adətində) bu söyüş olmasın. Buna görə də insane bunu öz anasına, atasına və övladlarına da deyir, çünki bu söz onların dilində mövcuddur və onların adətinə görə isə söyüş sayılmır.

Kim bunu deyərsə söymüş sayılmaz. Lakin bu kəsi öyrətməliyik ki, bu sözlər murda sözlərdir, Allaha qarşı ədəbsizlikdir.

Ey qardaşlar, ona görə də söyüş iki qismdir:

Birinci qism – bütün yerlədə o söz söyüşdür. Bu qism bütün ağıllı insanların söyüş olmasında ittifaq etdikləri sözlərdir.

İkinci qism ölkədən ölkəyə dəyişir. Bu ölkədə söyüşdür və insanlar da bilir ki, bu söyüşdür. Kim bu sözü Allaha qarşı işlədərsə, Allahı söymüş olar və ağlı yerindədirsə, böyük küfrlə kafir olar və dindən çıxar. Ola da bilər ki, başqa ölkədə həmin kəlmə söyüş hesab olunmasın, alçaltmaq hesab olunmasın! Kim bu sözü Allaha qarşı işlədərsə kafir olmaz, lakin ona Allahla ədəbli olmağı öyrədilməlidir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir